Saytımızı qiymətləndirin


 
 

Putin nüvə silahına əl atacaqmı? - "Putinin xarakterini nəzərə alsaq, bu mümkündür"
Tarix: 05-05-2022 | Saat: 17:54
Bölmə:Karusel / Region | çapa göndər

2022/05/ilham-1651752025.jpg

“Rusiyanın Ukraynaya qarşı “xüsusi hərbi əməliyyat” adlı müharibəsi normal təfəkkürə sığmır. Başa düşmək olmur Rusiya niyə belə bir addım atır. Odur ki, proqnoz vermək də çətindir ki, mayın 9-da müharibə bitəcək, yoxsa davam edəcək”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Xatırladaq ki, Britaniya əks-kəşfiyyatı - MI6 və ABŞ-ın Müdafiə Nazirliyi - Pentaqon Rusiyanın mayın 9-da Ukraynaya rəsmən müharibə elan edəcəyini iddia edib. Roma Papası Fransisk isə “Koryerra della sera” qəzetinə müsahibəsində Macarıstanın Baş naziri Viktor Orbana istinadla deyib ki, Rusiya mayın 9-da müharibəni bitirəcək.

Öz növbəsində, İlham İsmayıl vurğulayıb ki, Rusiya Mariupol şəhərinə nəzarət etməklə, eləcə də “Azovstal”da ukraynalıların müqavimətini qırmaqla, bəlkə də bu “qələbə”ni Qələbə Gününə calayacaq:

“Belə bir ehtimal mümkündür, lakin heç inandırıcı görünmür ki, müharibə tezliklə bitsin. Əksinə, Rusiya Ukraynaya rəsmən müharibə elan edə bilər. Həm də müharibə elan olunsa, onun miqyası dəhşətli olacaq.

Putin simvollara xüsusi önəm verən avtoritar rejim sahibidir. Odur ki, 9 May paradında müharibəni elan edə bilər”.

İ. İsmayılın sözlərinə görə, belə olan halda, Putin Ukraynadan çox Qərbi təqsirkar sayacaq:

“Hətta yeri gələndə nüvə silahından istifadəni də bir daha da vurğulaya bilər. Putinin xarakterini nəzərə alıb belə bir şeyin reallaşmasını gözləmək mümkündür. Vaxt vardı o, Ukraynada müharibə olacağını inkar edirdi, məhz MI6,CIA və Pentaqon əksini deyirdi.

Deməli, konkret informasiya vardı və onlar etibarlı mənbələrə istindla bu fikri bildirirdi.

Mən indi də MI6 və Pentaqonun rəyinə üstünlük verirəm, Putin müharibəni elan edərək səfərbərliyi başlatmaq istəyir. Çünki Rusiya ordusunun canlı qüvvə itkisi çoxdur, müqaviləli hərbçiləri də tam istifadə edə bilmir.

Ukraynaya rəsmən müharibə elan olunarsa, bunun Rusiya üçün böyük bir faciə doğuracağını əminliklə demək olar. Məşhur bir söz var: “Rusiyanı normal ağılla dərk etmək çox çətindir”.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər