Saytımızı qiymətləndirin


 
 

"Bu, artıq Üçüncü dünya müharibəsinə oxşayır" - Ekspert
Tarix: 05-05-2022 | Saat: 16:51
Bölmə:Karusel / Region | çapa göndər

2022/05/3071b-1651752990.jpg

"ABŞ və NATO müttəfiqlərindən Kiyevə ağır silahların tədarükünün artması onların Ukraynada baş verənlərdə birbaşa iştirak riskinin artması deməkdir".

Qarabaginfo.az "RIA Novosti"yə istinadla xəbər verir ki, Siyasi və Strateji Təhlil Mərkəzinin geosiyasət üzrə eksperti Ksavye Moro bildirib.

“Aydındır ki, Qərb Ukraynanı müasir hücum silahları ilə təchiz etdikdə və Böyük Britaniyada, Fransada, Almaniyada və ya Polşada ukraynalı operatorlara təlim keçdikdə, biz NATO qoşunlarını münaqişəyə birbaşa cəlb etməyə təhlükəli dərəcədə yaxınlaşırıq”, – deyə Moro vurğulayıb.

Ekspert əlavə edib:

"ABŞ-ın hərbi-sənaye kompleksi tam sürətlə inkişaf edir və Qərbdə arsenallar doldurulmalıdır. Bu, daha çox dünya müharibəsinə bənzəməyə başlayır. Ukrayna kasıb bir ölkədir və ayağını yorğanından çox uzadaraq NATO-dan olan dostlarının borcu altına ​​girir"(Yenisabah)



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər