Saytımızı qiymətləndirin


 
 

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib
Tarix: 27-04-2022 | Saat: 13:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə yeni rəhbər təyin edilib - EKSKLÜZİV

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

Qarabaginfo.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, NİİM-in rəhbəri postuna polis polkovnik-leytenantı Namidan Piriyev təyin olunub.

N.Piriyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il fevralın 7-də imzaladığı fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti DİN-in tabeliyinə verilib. Bu qurum əvvəllər Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər