Saytımızı qiymətləndirin


 
 

Britaniya Ukraynaya 20 özüyeriyən artilleriya qurğusu verməyi planlaşdırır
Tarix: 24-04-2022 | Saat: 17:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

British Army's AS90 howitzers to stick around amid replacement delay

Böyük Britaniya Ukraynaya 45 000 artilleriya mərmisi və 20 AS-90 özüyeriyən artilleriya qurğusunu təhvil verməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Daily Express” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniyanın “Vickers” şirkətinin istehsalı olan özüyeriyən silahlar gələn həftə Polşaya göndəriləcək və burada Ukrayna hərbçiləri yeni texnikanın istifadəsi üzrə təlim keçəcəklər. Bundan sonra onun Ukraynaya göndərilməsi planlaşdırılır.

Böyük Britaniya ordusu tərəfindən aktiv şəkildə istifadə edilən özüyeriyən artilleriya qurğusu 155 mm-lik topla silahlanıb. Maksimum atış məsafəsi 24 km, atəş sürəti isə 10 saniyədə 3 atışdır.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər
14-10-2022, 12:51 Yanvarda ət bahalaşacaq