Saytımızı qiymətləndirin


 
 

“Neftçi” “Zəfər kuboku”nun qalibi olub
Tarix: 23-04-2022 | Saat: 17:31
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Neftçi” “Zəfər kuboku”nun qalibi olub

Bu gün Bakıda təşkil olunan kişi voleybolçular arasında “Zəfər kuboku”nun final matçı keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, bununla da Azərbaycan voleybolunda 2021/22 mövsümünə yekun vurulub.

Mövsümün son matçında “Murov”la “Neftçi” üz-üzə gəlib. Yüksək Liqanın çempionu ilə vitse-çempionu “Sərhədçi” Olimpiya İdman Mərkəzində qarşılaşıb.

Çempionatın gümüş medalçısı qarşılaşmanı daha yaxşı başlayıb. İlk iki setdə qalib gələn “Neftçi” üstünlüyə yiyələnib. Lakin növbəti iki setdə “Murov” qələbə qazanıb. Bununla da həm matçın, həm kubokun taleyi tay-brekdə həll olunub. Sonuncu hissədə daha güclü olan “Neftçi” çətin qələbə ilə kuboku başı üzərinə qaldırıb. Bununla da “Neftçi” Yüksək Liqadakı məğlubiyyətin revanşını alaraq mövsümü titulla başa vura bilib.
Qeyd edək ki, finaldan sonra kişilər arasında Yüksək Liqa, Birinci Liqanın və “Zəfər kuboku”, qadınlar arasında Super Liqanın qalibləri ilə medalçılarının mükafatlandırılma mərasimi təşkil olunacaq.

“Zəfər kuboku”
Final
23 aprel
15:00. “Murov” – “Neftçi” - 2:3 (23:25, 22:25, 28:26, 25:22, 11:15)

“Sərhədçi” Olimpiya İdman Mərkəzi



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər