Saytımızı qiymətləndirin


 
 

İşgəncələrlə bağlı zərərçəkmişlərin sayı 400-ə çatır
Tarix: 19-04-2022 | Saat: 14:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tərtər işi”ndən XƏBƏR VAR - zərərçəkmişlərin və həbs olunanların SAYI AÇIQLANDI » Azmarka.az

 

“Tərtər işi” ilə bağlı ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilib. 

Baş Prokurorluqdan Qarabaginfo.az-a daxil olan məlumata görə, həmin şəxslər zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. 

Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib. 

Qeyd edək ki, “Tərtər işi” ilə bağlı cinayət işinin istintaqı zamanı üzə çıxan yeni detallarla əlaqədar daha bir neçə şəxs həbs edilib. 



Xəbəri paylaş

231 dəfə oxunub.

Digər xəbərlər