Saytımızı qiymətləndirin


 
 

Qoşqar Təhməzli “Kinder” yumurtalarında bakteriya aşkarlanmasına münasibət bildirib
Tarix: 12-04-2022 | Saat: 13:48
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycanda kinder məhsullarında bakteriya aşkarlanmayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan kinder yumurtalarına və digər məhsulllarında salmonella bakteriyası aşkarlanmasına münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Q.Təhməzli deyib ki, bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib:

“Onlar bizim tərəfimizdən ekpertiza olunub. Onların tərkibində salmonella bakteriyası aşkar edilməyib. Hazırda marketlərdə görünən məhsullar o kateqoriyaya aid deyil”.

O əlavə edib ki, ümumiyyətlə, dünyada “Kinder” məhsullarının yığışdırılması ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur.



Xəbəri paylaş

1223 dəfə oxunub.

Digər xəbərlər