Saytımızı qiymətləndirin


 
 

ABŞ Ukraynaya 100 milyon dəyərində əlavə "Javelin" raketləri göndərəcək
Tarix: 06-04-2022 | Saat: 10:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ Ukraynaya 100 milyon dəyərində əlavə "Javelin" raketləri göndərəcək

ABŞ Ukraynaya 100 milyon dollar dəyərində əlavə “Javelin” raketləri göndərəcək.

Bu ABŞ-ın Ukraynaya ötən ilin avqustundan etibarən sayca 6-cı hərbi ləvazimat yardımı olacaq.

ABŞ Dövlət Departamentinin məlumatına görə “Javelin”lərin yeni partiyasının göndərilməsi ilə fevralın 24-də Rusiyanın hücuma keçməsindən sonra ABŞ-ın Ukraynaya göndərdiyi hərbi vasitələrin ümumi dəyəri 1,7 milyard dollara çatacaq.

Pentaqonun mətbuat katibi Con Körbi bildirib ki, yeni ayrılmış maliyyə yardımı Ukraynanın əlavə “Javelin” zirehli vasitələr əleyhinə raketlərinə təcili ehtiyacının qarşılanmasına yönəldiləcək və onlar bu silah növündən ölkələrinin müdafiəsi üçün aktiv şəkildə istifadə edirlər.



Xəbəri paylaş

222 dəfə oxunub.

Digər xəbərlər