Saytımızı qiymətləndirin


 
 

Ukrayna Rusiyanın 12 təyyarəsinə həbs qoydu
Tarix: 31-03-2022 | Saat: 23:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukrayna Rusiyanın 12 təyyarəsinə həbs qoydu

Kiyevin Svyatoşinski Rayon Məhkəməsi Rusiyanın "Volqa-Dnepr" aviaşirkətinə məxsus 12 ədəd “Ruslan” An-124-100 nəqliyyat təyyarəsinə həbs qoyub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Antonov" Dövlət Müəssisəsinin maraqlarını təmsil edən "İlyaşev və Partnyorlar" hüquq firmasının mətbuat xidməti məlumat yayıb. Həbs qərarı maddi sübutların təhlükəsizliyinin təmin edilməsi və dəymiş ziyanın əlavə ödənilməsi məqsədi ilə verilib. Təyyarələrin ümumi dəyəri 24 milyard qrivendən çoxdur.

“Rosaviasiya qeyri-qanuni olaraq “Volqa-Dnepr” şirkətlər qrupuna daxil olan şirkətə “Ruslan”lara uçuşa yararlılıq sertifikatı vermək hüququnu verib. Əslində, son illər “Volqa-Dnepr” öz-özünə sertifikatlar verib, təyyarələrin təhlükəsiz istismarını təhlükə altına qoyub. beynəlxalq konvensiyaların müddəalarını kobud şəkildə pozub”, - deyə mətbuat xidmətinin məlumatında deyilir. 

İndi üç təyyarənin Almaniyadan, birinin Kanadadan uçması qadağan edilib, digər yurisdiksiyalarda həbslər üzərində iş davam edir.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər
29-04-2023, 12:01 Mirzoyan ABŞ-a GEDİR