Saytımızı qiymətləndirin


 
 

“Neftçi” – “Zirə” matçının vaxtı açıqlandı
Tarix: 23-03-2022 | Saat: 22:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

“Neftçi” – “Zirə” matçının vaxtı açıqlandı

Premyer Liqada 21-ci turun oyun cədvəli məlum olub.

Qarabaginfo.az xəbər verir ki, növbəti turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Bakcell Arena”da planlaşdırılan renovasiya işlərini əsas gətirən “Neftçi” “Zirə”yə qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, “Neftçi”nin müraciətini və “Zirə”nin razılıq məktubunu rəhbər tutan PFL “Neftçi” və “Zirə” komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.

Azərbaycan Premyer Liqası
21-ci tur
2 aprel

“Qarabağ” – “Səbail”
“Azersun Arena”, 16:00.

“Sumqayıt” – “Sabah”
“Kapital Bank Arena”, 18:15.

3 aprel

“Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu, 15:00.

“Neftçi” – “Zirə”
“Bakcell Arena”, 17:15.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər