Saytımızı qiymətləndirin


 
 

Rusların yüzlərlə texnikası məhv edildi: “İsgəndər”, “Buk”...
Tarix: 02-03-2022 | Saat: 13:07
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynada vurulan rus texnikası – YENİ GÖRÜNTÜLƏR

İki sutka ərzində Sum vilayətində Rusiyanın tanklar, “Qrad”lar, PDM-lər, eləcə də “Buk” və “İsgəndər”lər daxil olmaqla yüzlərlə texnikası məhv edilib.

xəbər verir ki, bu barədə Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat yayıb.

“Bayraqdar”ların zərbələri nəticəsində qələbəmiz belədir: fevralın 28-dən martın 1-nə keçən gecə rusların texnika karvanının qarşısını kəsib məhv etmişik. Borovenki kəndində 60 tank, 2 “Buk” və 10-a yaxın özüyeriyən artilleriya qurğusu, Lebedində 20-yə yaxın özüyeriyən artilleriya, 20 PDM, 15 “Qrad” məhv edilib.

Axtırsk rayonunun Şevçenko qəsəbəsi yaxınlığında rusların yol boyu dayanan 100-ə yaxın texnikası, Dovjik və Çupaxivka kəndləri arasında daha 100-ə yaxın tankı və zirehli transportyoru məhv edilib.

Martın 1-də Axtırsk rayonunda tərkibində 80 zirehli texnika olan karvanın qarşısı kəsildi. Karvanda 4 ədəd “İsgəndər” raketi də var idi. Həmin günün axşamı Romensk rayonunda 80 texnika məhv edildi ki, onun da yarısı “Qrad” idi”, - Jivitski bildirib.(Axar.az)

 



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər