Saytımızı qiymətləndirin


 
 

Vladimir Putin KTMT-nin sammitinə qatıla bilmədiyi üçün üzr istəyib
Tarix: 16-09-2021 | Saat: 11:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

Vladimir Putin KTMT-nin sammitinə qatıla bilmədiyi üçün üzr istəyib

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Düşənbədə keçirilən Zirvə toplantısına qatıla bilmədiyi üçün toplantı iştirakçılarından üzr istəyib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, o, tədbirə videoformatda qoşulub və sammit iştirakçılarına üzrxahlığını çatdırıb.

Dövlət başçısı deyib ki, ünsiyyətdə olduğu insanlar arasında koronavirusa yoluxanlar var: “Koronavirusa bir-iki nəfər deyil, onlarla insan yoluxub. Ona görə də son anda Düşnəbəyə səfərimi təxirə saldım və buna təəssüf edirəm. Bildiyiniz kimi buna səbəb ətrafımdakı insanların koronavirusa yoluxmasıdır”.

Qeyd edək ki, sentyabrın 15-də başlayan toplantda Rusiya, Taciksitan, Qazaxıstan, Qırğız Respublikası, Belarus və Ermənistan nümayəndə heyətləri iştirak edir.



Xəbəri paylaş

253 dəfə oxunub.

Digər xəbərlər