Saytımızı qiymətləndirin


 
 

Deputatlar Ərzurumda
Tarix: 11-03-2022 | Saat: 15:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Deputatlar Ərzurumda – FOTO

Milli Məclisin deputatları Anar Məmmədov, Ramin Məmmədov, Cəbi Quliyev və Naxçıvan MR Ali Məclisinin deputatı Elman Cəfərli “Şuşa ili” çərçivəsində Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Atatürk Universitetində Şuşa şəhərinin 270 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər.

Tədbirdə Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu Nuru Quliyev, AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov, Ərzurum Böyükşəhər Bələdiyyəsininsədri Mehmet Sekmen və Atatürk Universitetində təhsil alan azərbaycanlı tələbələr də iştirak edib.

Tədbirdə çıxış edənlər Şuşanın Qarabağın taleyində həlledici və əhəmiyyətli rol oynadığını, şəhərin yaranması ildönümünün də xüsusi qaydada qeyd edilməsinin bu istiqamətdə aparılan siyasətə mühüm töhfə olduğunu diqqətə çatdırıblar.

Daha sonra tədbir Atatürk Universitetinintələbələrinin, Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivinin və Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ədəbi-bədii hissə ilə davam edib.



Xəbəri paylaş

401 dəfə oxunub.

Digər xəbərlər
18-01-2018, 15:36 Bakıda banka basqın olub