Saytımızı qiymətləndirin


 
 

Aİ Rusiya Bankının aktivlərinin dondurulması qərarını təsdiqləyib
Tarix: 28-02-2022 | Saat: 10:07
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Aİ Rusiya Bankının aktivlərinin dondurulması qərarını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Rusiya Federasiyası Mərkəzi Bankının (Rusiya Bankı) aktivlərinin dondurulması qərarını təsdiqləyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında deyilir.

"Rusiya Mərkəzi Bankının adından və ya onun adından fəaliyyət göstərən hər hansı hüquqi şəxs, təşkilat və ya orqanla əməliyyatlar da daxil olmaqla, ehtiyatların, habelə Rusiya Mərkəzi Bankının aktivlərinin idarə edilməsi ilə bağlı əməliyyatlar qadağandır", - jurnalda dərc olunan sənəddə deyilir.

Xatırladaq ki, bundan əvvəl Rusiya Bankı ölkənin maliyyə sektoruna qarşı sanksiyalar, o cümlədən SWIFT sistemindən ayrılmaq və Mərkəzi Bankın özünün aktivlərinin dondurulması təhlükəsi barədə məlumat fonunda bildirmişdi ki, bank maliyyə balansını saxlamaq, həmçinin sabitlik və maliyyə sektorunun fəaliyyətinin davamlılığını təmin etmək üçün lazımi resurs və alətlərə malikdir. Tənzimləyici bankları davamlı olaraq rublla nağd və nağdsız likvidliklə təmin edəcəyini bildirib.

"Rusiya bank sistemi sabitdir, istənilən vəziyyətdə fasiləsiz işləmək üçün kifayət qədər kapitala və likvidliyə malikdir. Hesablardakı bütün müştəri vəsaitləri saxlanılır və istənilən vaxt əlçatandır", - Rusiya Bankı vurğulayır.

Bank xidmətləri adi qaydada göstərilir, Rusiyadakı bütün bankların kartları da normal işləməyə davam edir, Mərkəzi Bank qeyd edib. İstənilən ssenaridə ölkə daxilində maliyyə məlumatlarının ötürülməsini Rusiya Bankının SWIFT-in yerli analoqu olan Maliyyə Məlumatlarının Ötürülməsi Sistemi (SPFS) tərəfindən təmin edilir.



Xəbəri paylaş

1217 dəfə oxunub.

Digər xəbərlər