Saytımızı qiymətləndirin


 
 

AMEA-nın sabahkı iclasının gündəliyinə bir məsələ daxil edilib
Tarix: 18-02-2022 | Saat: 16:38
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sabah Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı keçiriləcək.

Qarabaginfo.az-ın xəbərinə görə, AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva “Report”a açıqlamasında bildirib ki, iclasın gündəliyi də artıq məlumdur.

O bildirib ki, gündəliyə yalnız bir məsələnin müzakirəsi daxil edilib, bu da kadr dəyişikliyidir.

A.Balayeva əlavə edib ki, iclasın dəqiq hansı saatda olacağı hələlik dəqiqləşməyib:

“Çünki hələ də iştirakçıların sayı dəqiqləşdirilir. Mətbuat nümayəndələrinin iclasa buraxılması nəzərdə tutulmayıb. İclas bitdikdən sonra nəticə barədə ictimaiyyətə geniş məlumat veriləcək”. 



Xəbəri paylaş

231 dəfə oxunub.

Digər xəbərlər