Saytımızı qiymətləndirin


 
 

Makron Putinlə görüşə yollandı
Tarix: 07-02-2022 | Saat: 15:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Fransa Prezidenti Emmanuel Makron Ukrayna ətrafında yaranmış gərginliklə əlaqədar Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya yola düşüb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Fransa Prezidenti rusiyalı həmkarı ilə danışıqlardan sonra ertəsi gün Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə gedəcək.

 

Qeyd edək ki, bir müddət öncə Fransa lideri ABŞ Prezidenti Cozef Baydenlə, yanvarın sonunda isə Almaniya kansleri Olaf Şoltsla telefonda danışıb. Makron, həmçinin cümə günü Böyük Britaniyanın Baş naziri Boris Consonla telefon danışığı zamanı Ukraynadakı vəziyyəti və Rusiyaya qarşı mümkün sanksiyaları müzakirə edib.



Xəbəri paylaş

242 dəfə oxunub.

Digər xəbərlər
17-02-2024, 13:42 Mitxun Çakraborti öldü?