Saytımızı qiymətləndirin


 
 

Şahruddin “Marsel”ə qarşı oynayacaqmı?
Tarix: 04-02-2022 | Saat: 13:11
Bölmə:Karusel / İdman | çapa göndər

 

Şahruddin “Marsel”ə qarşı oynayacaqmı?

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsi üçün sifariş ərizəsində bir müddət əvvəl qolundan əməliyyat olunan Şahruddin Məhəmmədəliyevin də adı var.

 Qol.az qapıçının durumunu öyrənmək üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə müraciət edib.

Klub rəsmisi millimizin də üzvü olan komandanın əsas qapıçısının KL-in 1-16 final mərhələsinin “Marsel”lə oyunları üçün hazır olmadığını bildirib:

“Şahruddinin meydana qayıtması üçün 2.5 ay vaxt lazım olduğu bildirilmişdi. Yəqin ki, “Marsel”lə oyunlar ərəfəsində normal məşqlərə başlaya biləcək. Amma hələ ki, hazır deyil”.

Qeyd edək ki, "Qarabağ”ın Marsel təmsilçisi ilə ilk oyunu fevralın 17-də Fransada, cavab qarşılaşması isə fevralın 24-də Bakıda olacaq.



Xəbəri paylaş

240 dəfə oxunub.

Digər xəbərlər