Saytımızı qiymətləndirin


 
 

Tərtər Azərbaycanın ən kiçik rayonu olacaq - SƏBƏB
Tarix: 01-12-2023 | Saat: 17:40
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Tərtər Azərbaycanın ən kiçik rayonu olacaq - SƏBƏB

 

Milli Məclisdə Qarabağda yerləşən bir sıra rayonların ərazisində dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilir. Layihələrdən birinə görə, Kəlbəcər, Ağdam və Tərtər rayonlarına daxil olan yaşayış məntəqələrinin əraziləri əsasında Ağdərə rayonu yaradılacaq. Əslində 1992-ci ildə ləğv edilən rayon eyni ərazidə yenidən formalaşdırılır.

 

Digər qanun layihəsində isə Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi nəzərdə tutulub. Beləliklə, Qarabağda yerləşən rayonların ərazi ölçülərində dəyişikliklər olacaq. 

Qarabaginfo.az rayonların ərazilərinin necə dəyişəcəyi ilə bağlı araşdırma aparıb. 

Ağdərə rayonunun ərazisi 1660.83 kvadrat metr olacaq. Bunun 735.84 kvadrat kilometri Kəlbəcərdən, 851.25 kvadrat kilometri Tərtərdən, 73.74 kvadrat kilometri Ağdam rayonundan götürüləcək. Bundan əvvəlki yazımızda qeyd etmişdik ki, ərazisi kiçildiyinə görə, Kəlbəcər artıq Azərbaycanın ən böyük rayonu olmayacaq.

 

Apardığımız araşdırmaya görə, Ağdərə rayonunun yaradılmasından sonra Azərbaycanın ən kiçik rayonu da dəyişəcək.

 

Hazırda ölkəmizdə ən kiçik rayon Sədərəkdir. Bu rayonun ərazisi 220 kvadrat kilometrdir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə, Tərtər rayonunun ərazisi 960 kvadrat kilometrdir. Ağdərə rayonunun yaradılmasından sonra isə Tərtərin ərazisi 109 kvadrat kilometr olacaq və bu inzibati ərazi vahidi Azərbaycanın ən kiçik rayonu olacaq.

 

Qeyd edək ki, Ağdam rayonunun ərazisi hazırda 1150 kvadrat kilometrdir. Ağdərə rayonun yaradılmasından sonra bu yaşayış məntəqəsinin ərazisi elə də çox dəyişməyəcək.



Xəbəri paylaş

1273 dəfə oxunub.

Digər xəbərlər
27-10-2024, 19:15 Hizbullah İsraili vurub