Saytımızı qiymətləndirin


 
 

Rəsmi Kiyev: Ukraynaya genişmiqyaslı hücum planından danışmağa əsas yoxdur
Tarix: 25-01-2022 | Saat: 06:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksey Danilov

 

Kiyev Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu planından danışmaq üçün əsas görmür. Qoşunların sərhəd boyu hərəkəti çoxdan müşahidə olunur.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksey Danilov bildirib.

“Biz bu gün ölkəmizə genişmiqyaslı hücum olması barədə danışmağa heç bir əsas görmürük. Bunu fiziki olaraq etmək də mümkün deyil. Rusiya qoşunları öz ərazisində yerdəyişmə edirmi? Bəli, edir və biz bunu görürük. Bu bizi təəccübləndirmir. Xarici müttəfiqlərimiz də bunu görür. Bu situasiya 2014-cü ildən mövcuddur” – Danilov vurğulayıb.



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər
29-04-2021, 17:39 Lavrov Bakıya gəlir