Saytımızı qiymətləndirin


 
 

KİV: ABŞ Qərbi Avropadakı qoşunlarının bir hissəsini Şərqi Avropaya köçürəcək
Tarix: 24-01-2022 | Saat: 19:04
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: ABŞ Qərbi Avropadakı qoşunlarının bir hissəsini Şərqi Avropaya köçürəcək

ABŞ Qərbi Avropada yerləşdirdiyi qoşunlarının bir hissəsinin qarşıdakı həftələrdə Şərqi Avropaya köçürülməsini nəzərdən keçirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters”ə anonimlik şərti ilə NATO rəsmisi məlumat verib.

Mənbə Prezident Co Baydenin ABŞ qoşunlarını Baltikyanı və Şərqi Avropadakı müttəfiq ölkələrə göndərilməsini nəzərdən keçirməsi barədə “New York Times”ın yaydığı xəbərləri təsdiqləyib.

Həmçinin qeyd olunub ki, qoşunların potensial hərəkəti tədricən baş tuta bilər və şərq cinahındakı istənilən NATO boşluğu qarşıdakı həftələrdə doldurula bilər.

Xəbərdə qərarın Ukrayna ilə Rusiya arasında gərginliyin artması fonunda nəzərdən keçirildiyi qeyd olunub.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər
12-10-2022, 13:27 Sabah hava necə olacaq?