Saytımızı qiymətləndirin


 
 

Moskvadakı terrorda şübhəli bilinənlər belə həbs edildi –Saxlanılan zaman çəkilən FOTOLAR
Tarix: 23-03-2024 | Saat: 13:42
Bölmə:Karusel / Region / Kriminal | çapa göndər

Moskvada “Krokus” konsert kompleksində terror aktı törtəməkdə şübhəli bilinən şəxslərin həbsi zamanı çəkilmiş fotoları yayılıb. 

Qarabaginfo.az bildirir ki, bu barədə SHOT teleqram kanalında məlumat verilib.

Bu şəxslər Bryansk vilayətinin Karaçinski rayonunun Xatsun kəndi ərazisində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Terrorçuların “Renault” avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün güllələrə tuş gəlib, təkəri qopub və ön hissəsi fırlanıb.

“Renault Simbol” avtomobilində dörd kişi olub.  Maşına texniki baxış keçirilib. İçində tapança və pulemyot olub.
Təqiblər nəticəsində saxlanılanlardan biri – 19 yaşlı Məhəmmədsobir Fayzov tutulub. O, yaralanıb. Fotoda o, qandallı vəziyyətdədir. Onun sol gözü zədələndiyi üçün bağlana bilmir. Hazırda xəstəxanada əməliyyat olunur.

19 yaşlı Məhəmmədsobir Fayzov təhlükəsizlik qüvvələrini saxlamaq üçün atəş açmağa çalışsa da, yaralanıb.

Saxlanılanlar Bryansk vilayətində Rusiya – Ukrayna sərhədini keçməyi planlaşdırıblar. Rusiya xüsusi xidmət orqanları avtomobilə atəş açaraq, onların gediş nöqtəsinə çatmasına imkan verməyib.

Qaçmağa cəhd edən terrorçulardan biri dron vasitəsi ilə aşkarlanıb. Onun axtarışı üçün üçün iki helikopter və səkkiz PUA qaldırılıb.

 



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər