Saytımızı qiymətləndirin


 
 

III Msvati: Heç bir dövlət mənzil təhlükəsizliyi problemlərini təkbaşına həll edə bilməz
Tarix: 18-05-2026 | Saat: 16:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Esvatini Kralı III Msvati

 

Esvatinidə biz bütün inkişaf proseslərinin mərkəzinə insanı qoyuruq.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Esvatini Kralı III Msvati bildirib.

O qeyd edib ki, ekoloji məsuliyyət, iqtisadi inklüzivlik və sosial həmrəyliklə uzlaşan dayanıqlı şəhər inkişafı siyasəti həyata keçirirlər: “Milli prioritetlərimiz şəhər və kənd icmaları üçün əlçatan mənzil, keyfiyyətli infrastruktur, inteqrasiya olunmuş məkan planlaşdırılması və ekoloji dayanıqlılığı əhatə edir. 2025-ci ildə biz Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun hazırlanmış hərtərəfli “Strategiya 2030” Proqramına start verdik. Bu strategiya mənzil mülkiyyətinə çıxışı genişləndirir və Esvatini xalqının yaşayış şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Bələdiyyələrimiz və mənzil qurumlarımız cəmiyyətin müxtəlif təbəqələri üçün yaşayış layihələri həyata keçirməyə davam edir. Özəl sektor və inkişaf tərəfdaşları ilə əməkdaşlıq isə həssas qrupların layiqli mənzillərlə təmin olunmasına kömək edir. Bu təşəbbüslər inklüziv və humanist inkişaf prinsipinə sadiqliyimizi nümayiş etdirir. Biz anlayırıq ki, heç bir dövlət urbanizasiya, iqlim dəyişikliyi və mənzil təhlükəsizliyi problemlərini təkbaşına həll edə bilməz. Esvatini Afrika Şəhər Forumunun nəticələrini, xüsusilə 2024-cü ildə Əddis-Əbəbədə və 2026-cı ildə Nayrobidə qəbul olunmuş bəyannamələri alqışlayır. Biz Yeni Şəhər Gündəliyinin həyata keçirilməsində UN-Habitatın, həmçinin Afrika İttifaqı və UNECA ilə tərəfdaşlığının tam dəstəkləndiyini bir daha təsdiqləyirik. Bu çağırışların miqyası hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və icmalar arasında daha güclü əməkdaşlıq və innovativ tərəfdaşlıqlar tələb edir”.



Xəbəri paylaş

32 dəfə oxunub.

Digər xəbərlər