Saytımızı qiymətləndirin


 
 

Milli Qəhrəman polkovnik İlqar Mirzəyevə həsr olunmuş sənədli film təqdim olunub
Tarix: 14-07-2022 | Saat: 19:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Milli Qəhrəman polkovnik İlqar Mirzəyevə həsr olunmuş sənədli film təqdim olunub

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyevə həsr olunmuş "Artilleriyanın atası" sənədli filminin təqdimat mərasimi olub.

Qarabaginfo.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində mədəniyyət və incəsənət nümayəndələri, Vətən Müharibəsinin iştirakçıları, qazilər, polkovnik İlqar Mirzəyevin ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

Təqdimat şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadə polkovnik İlqar Mirzəyevin döyüş yolunun mürəkkəbliyindən danışıb.

Milli Qəhrəman İlqar Mirzəyevin döyüş yoldaşı Təbriz Kərimov isə onu məğrur və vətənpərvər biri kimi xatırladığını vurğulayıb.

Daha sonra film tamaşaçılara təqdim edilib.

Qeyd edək ki, "Artileriyanın atası" sənədli filmi Mədəniyyət Nazirliyi və Salnaməfilm kinostudiyasının ortaq layihəsidir.



Xəbəri paylaş

1164 dəfə oxunub.

Digər xəbərlər
23-03-2022, 18:55 Rubl bahalaşdı