Saytımızı qiymətləndirin


 
 

ANAMA: Ermənistanın təqdim etdiyi xəritələrdə yalnız keçmiş təmas xəttindəki mina sahələri var
Tarix: 18-01-2022 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

ANAMA: Ermənistanın təqdim etdiyi xəritələrdə yalnız keçmiş təmas xəttindəki mina sahələri var


“Ermənistan tərəfindən təqdim olunmuş mina xəritələri özündə yalnız keçmiş təmas xəttinə aid olan əraziləri, müdafiə üçün quraşdırılmış mina sahələrini əks etdirir”.

Bunu işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə çıxış edərkən ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

S. Poladov bildirib ki, keçmiş təmas xəttindən kənarda quraşdırılmış minaların xəritələri yoxdur, təmas xəttindən kənarda quraşdırılmış minalar Ermənistanın təqdim etdiyi mina xəritələrində əksini tapmayıb: “Mina problemi, sıx minalanma məhz keçmiş təmas xəttində olub. Şuşa və Ağdam şəhərləri də o keçmiş təmas xəttindən çox uzaq məsafədə yerləşir”.



Xəbəri paylaş

215 dəfə oxunub.

Digər xəbərlər