Tarix: 14-08-2021 | Saat: 21:29
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
“Son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik”.
Qarabaginfo.az xəbər verir ki, bunu “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.
“Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır”, - Prezident vurğulayıb.(Report)
Digər xəbərlər