Tarix: 17-02-2022 | Saat: 20:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
Səbail Rayon Məhkəməsində deputat Cavanşir Feyziyev barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətə baxılıb.
Qarabaginfo.az xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Cavanşir Feyziyevin vəkili bildirib ki, bir neçə nəfərin ünvanına xoşagəlməz ifadələr işlənilmiş status müvəkkili tərəfindən yazılmayıb, həmin səhifə də ona aid deyil.
Məhkəmədə qərar elan olunub.
Qərara əsasən Bəxtiyar Hacıyev tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət icraata götürülməyib.
Qeyd edək ki, Cavanşir Feyziyev sosial şəbəkə hesabında bir qrup siyasətçi, jurnalist və ictimai fəalın ünvanına xoşagəlməz ifadələr yazıb.
Buna səbəb isə London Məhkəməsində Feyziyevlər ailəsinə məxsus 5 milyon funt-sterlinqlə bağlı qalmaqal olub.
Bundan sonra İctimai fəal Bəxtiyar Hacıyev Milli Məclisin deputatı Cavanşir Feyziyevin Cinayət Məcəlləsinin 147-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.
Digər xəbərlər