Saytımızı qiymətləndirin


 
 

Ötən il yol qəzalarında 591 nəfər ölüb, 718 nəfər yaralanıb
Tarix: 22-01-2024 | Saat: 11:02
Bölmə:Karusel / Hadisə | çapa göndər

 

Oxu.az - Naftalanda ağır qəza baş verib, üç nəfər ölüb

2023-cü il ərzində respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı ötən illə müqayisədə 1,9 faiz azalaraq 1636 olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə DİN-in BDYPİ məlumat yayıb.

Məlumata görə, onlardan 941-i, başqa sözlə 57.5 faizi sutkanın gecə və alatoranlıq vaxtında baş verib ki, nəticədə 591 nəfər həyatını itirib, 718 nəfər isə yaralanıb.

Qəzaların 649-u piyada vurma hadisəsi ilə bağlıdır ki, bu da ümumi yol-nəqliyyat hadisələrinin 39.7 faizini təşkil edir. Piyadaların vurulması ilə nəticələnən qəzaların mütləq əksəriyyəti də məhz sutkanın qaranlıq vaxtı, yaxud məhdudiyyətli görünmə şəraitində baş verib.

Bu statistikanın formalaşmasına sürücü səhlənkarlığı, yolun hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması və digər amillərlə yanaşı, bilavasitə piyadaların özlərinin yol hərəkəti qaydalarına etinasizlığı, həyat və sağlamlıqlarına biganə münasibəti az təsir göstərmir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onlardan sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edir və hər kəsi bu sahədə ictimai iştirakçılığa töhfə verməyə çağırır.



Xəbəri paylaş

160 dəfə oxunub.

Digər xəbərlər