Ana Sayfa > Manşet / Karusel / Siyasət > Azərbaycan Prezidenti: “Qarabağda və Şərqi Azərbaycan Prezidenti: “Qarabağda və Şərqi Zəngəzurda həm minalardan təmizləmə, həm də infrastruktur işləri sürətlə gedir”həm minalardan təmizləmə, həm də infrastruktur işləri sürətlə gedir”

Azərbaycan Prezidenti: “Qarabağda və Şərqi Azərbaycan Prezidenti: “Qarabağda və Şərqi Zəngəzurda həm minalardan təmizləmə, həm də infrastruktur işləri sürətlə gedir”həm minalardan təmizləmə, həm də infrastruktur işləri sürətlə gedir”


14-08-2021, 21:29. Yazar: Admin

 

Azərbaycan Prezidenti: “Qarabağda və Şərqi Zəngəzurda həm minalardan təmizləmə, həm də infrastruktur işləri sürətlə gedir”

“Son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik”.

Qarabaginfo.az xəbər verir ki, bunu “CNN Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

“Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir. Siz oraya gedəndə böyük infrastruktur layihələri - yollar, elektrik xətləri, su xətləri, hava limanları, dəmir yolları görəcəksiniz. Yəni, bunlar olmadan oraya həyat qayıda bilməz. Eyni zamanda, Ağdam şəhərinin baş planı da mayın 28-də, bizim Müstəqillik Günündə təsdiqləndi və orada artıq işlər başlayır”, - Prezident vurğulayıb.(Report)


Geri dön