Saytımızı qiymətləndirin


 
 

ABŞ İranın Tramp administrasiyası əməkdaşlarına qarşı təhdidini yolverilməz hesab edir
Tarix: 11-01-2022 | Saat: 07:35
Bölmə:Karusel / Dünya | çapa göndər

 ABŞ İranın Tramp administrasiyası əməkdaşlarına qarşı təhdidini yolverilməz hesab edir

İran rəsmilərinin ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyasının general Qasım Süleymaninin öldürülməsini idarə edən əməkdaşlarına qarşı təhdidləri yolverilməzdir.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki mətbuat konfransında bildirib.

“Əlbəttə, biz İran rəsmilərinin bu bazar günü qüvvəyə minən sanksiyayadək keçmiş prezidentin administrasiyasına qarşı dediklərini eşitdik. Amerikalılar arasında İran məsələsinə görə fikir ayrılığı var. Lakin, bizim öz xalqımızın müdafiəsi ilə bağlı mövqeyimz eynidir”, deyə, Psaki əlavə edib.

Qeyd edək ki, İran yanvarın 8-də Qasım süleymaninin ölümündə təqsirləndirilən daha 50 ABŞ vətəndaşını sanksiya siyahısına salıb.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər