Saytımızı qiymətləndirin


 
 

Qazaxın 7 kəndi qaytarılır, hazırlıqlar başladı - "Hraparak"
Tarix: 22-12-2021 | Saat: 14:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Qazaxın 7 kəndi qaytarılır, hazırlıqlar başladı - "Hraparak"

Ermənistanın Dilican (ermənilər Tavuş deyir -red.) bölgəsində, Azərbaycanın Qazax rayonunun işğal atındakı kəndlərindən keçən dövlət əhəmiyyətli magistrala alternativ şose yolu çəkiləcək.

Qarabaginfo.az "Hraparak"a istinadla xəbər verir ki, Ermənistan hakimiyyəti artıq alternativ yolun haradan keçəcəyi ilə bağlı araşdırmalara da başlayıb. Bəzi məlumatlara görə, hətta işlər aparılır. Söhbət Qazaxın erməni işğalı altındakı 7 kəndindən ikisinə - Aşağı və Yuxarı Əskipara hissəsinə alternativ yolun tikintisindən gedir.

Nəşrin iddialarına görə, bu o deməkdir ki, yaxın vaxtlarda Qazaxın 7 kəndi də Azərbaycan tərəfinə qaytarılacaq. İddia olunur ki, rəsmi İrəvan Zəngəzurdakı "acı təcrübəni" təkrar yaşamamaq üçün indidən alternativ yolun çəkilişinə başlamağı qərara alıb.

Məqalədə qeyd olunur ki, Azərbaycan kəndləri öz nəzarətinə qaytarandan sonra orada da gömrük postu və sərhəd-keçid məntəqəsi quracaq.

Ermənistanın Nəqliyyat Nazirliyi faktı nə təsdiqləyib, nə də təkzib edib. Bildirilib ki, sadəcə bəzi yollarda yenilənmələr aparılır.



Xəbəri paylaş

238 dəfə oxunub.

Digər xəbərlər