Saytımızı qiymətləndirin


 
 

Xaricdə ölən vətəndaşlarımızla bağlı yeni qaydalar olacaq
Tarix: 20-12-2021 | Saat: 17:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Xaricdə ölən vətəndaşlarımızla bağlı yeni qaydalar olacaq

 

Ailə Məcəlləsinə yeni - 195.2-ci maddə əlavə olunur.

Qarabaginfo.az xəbər verir ki, yeni maddə xaricdə ölmüş Azərbaycan vətəndaşının ölümünün qeydə alınmasına dair prosedurla bağlıdır.

Belə ki, Azərbaycan vətəndaşının, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının (qurumun) müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılacaq.

Qanun layihəsi bu gün Milli Məclisin plenar iclasında birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.



Xəbəri paylaş

239 dəfə oxunub.

Digər xəbərlər
27-02-2019, 11:49 Paşinyan Tehrana getdi