Saytımızı qiymətləndirin


 
 

KTMT-nin Baş katibi Ermənistana gedir
Tarix: 20-12-2021 | Saat: 17:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

KTMT-nin Baş katibi Ermənistana gedir

 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.

Zasın Ermənistana səfəri dekabrın 21-dən 23-nə qədər davam edəcək.

O, ölkəyə səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Suren Papikyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə danışıqlar aparacaq.

Qeyd edək ki, KTMT-yə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

 

 



Xəbəri paylaş

268 dəfə oxunub.

Digər xəbərlər