Saytımızı qiymətləndirin


 
 

VAR-ın Azərbaycanda tətbiqinin vaxtı açıqlandı
Tarix: 02-02-2022 | Saat: 12:44
Bölmə:Karusel / İdman | çapa göndər

AFFA Icraiyye Komitesinin qerarlari AÇIQLANDI

 

“VAR sistemi ilə bağlı artıq müvafiq təcrübələrimiz var. Avadanlıq artıq əldə olunub”.

Qarabaginfo.Az xəbər verir ki, bunu AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik qurumun bugünkü Hesabat Konfransında deyib.

O bildirib ki, VAR sistemində ancaq qol, penalti epizodu, birbaşa qırmızı və ya yanlış vərəqə məsələlərinə baxacaq. Avstriyalı mütəxəssis etiraf edib ki, bu sistemin tətbiqi bir qədər ləngiyəcək:

“Azərbaycanda VAR otağı Bakı Olimpiya Stadionunda daha münasib sayılır. Almaniya şirkətinin bizim üçün təqdim etdiyi avadanlığın 10 stadionda quraşdırılması planlaşdırılır. Tofiq Bəhramov adına Respublika stadionu və “Dalğa Arena”da bu sistem quraşdırılacaq. Fevralın 20-nə bunun reallaşmasını planlaşdırırıq. Amma pandemiyaya görə bir qədər ləngiyəcək. Fevralın sonları və ya martın əvvəllərinə stadionlarda VAR sistemini tətbiq etməyi düşünürük. Bu addımlar yekunlaşdıqdan sonra FIFA tərəfindən sertifikatlar təqdim olunacaq və ondan sonra martın sonu, aprelin əvvəlinə VAR-ın istifadəsinə başlanılacaq”.

 



Xəbəri paylaş

236 dəfə oxunub.

Digər xəbərlər