Saytımızı qiymətləndirin


 
 

Çavuşoğlu: “Ankara Ermənistanın Türkiyə ilə aviaəlaqə yaratmaq barədə istəyinə baxır”
Tarix: 19-12-2021 | Saat: 15:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik edib

“Türkiyə Böyük Millət Məclisində son çıxışımda da Ermənistan və Türkiyə arasında əlaqələrlə bağlı xüsusi nümayəndə təyin olunacağını demişdim və bu icra olundu. Ceyhun Bayramovla görüşümüzdə bu istiqamətdə də müzakirə apardıq”.
Qarabaginfo.az-ın Türkiyə bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.
M.Çavuçoğlu bir daha vurğulayıb ki, Türkiyə regional məsələlər, xüsusilə Cənubi Qafqaz mövzusunda Azərbaycanla birgə məsləhətləşmələr aparır və birgə qərarlar verir.
Nazir onu da qeyd edib ki, hazırda Ermənistanın hava yolları vasitəsilə Türkiyə ilə əlaqə qurması istiqamətində istəyinə də baxılır.



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər