Tarix: 19-10-2020 | Saat: 13:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
Erməni diasporasından olan muzdlular işğalçı Ermənistana, oradan isə döyüşmək üçün Azərbaycan ərazilərinə gəlməkdə davam edirlər.
Qarabaginfo.az "Armiya.az"a istinadən xəbər verir ki, Yerevan bu iddiaları inkar edir və deyir ki, ölkəyə döyüşməyə gələn ermənilər diaspor üzvləridir və bu səbəbdən sözün əsl mənasında muzdlu hesab edilə bilməzlər.
Ermənilər istədiklərini iddia edə bilərlər, lakin beynəlxalq hüquqdan və 1977-ci il Cenevrə Konvensiyasından qaçış yoxdur. Və orada, ağ-qara olaraq, "muzdlu"ların tərifi verilib. Cenevrə Konvensiyalarındakı əlavə Protokola görə, muzdlu şəxs xüsusilə silahlı qarşıdurmada mübarizə aparmaq üçün ölkə daxilində və ya xaricdə xüsusi olaraq cəlb edilmiş şəxsdir; faktiki olaraq döyüşlərdə birbaşa iştirak edir; nə münaqişə tərəfinin vətəndaşı, nə münaqişə tərəfinin nəzarətində olan ərazinin sakini; nə də münaqişə tərəfinin silahlı qüvvələrinin üzvü deyil; münaqişə tərəfi olmayan bir dövlətin silahlı qüvvələrinin üzvü kimi vəzifələrini yerinə yetirmək üçün göndərilmir.
Təbii ki, İrəvana gələn bütün ermənilər Ermənistan vətəndaşı deyillər və yaşadıqları dövlət onları Qarabağ münaqişəsi zonasına göndərməyib. Müvafiq olaraq, bu insanların dünyada yayıldığı arealı nəzərə alsaq, bu gün dünyanın hər yerindən olan terrorçu muzdlularının Ermənistanın tərəfində olduğunu açıq şəkildə demək olar.
Ancaq Qarabağdakı döyüş əməliyyatları nəzərə alınmaqla, çoxsaylı muzdlular da artıq Ermənistan ordusunu məğlubiyyətdən xilas edə bilmir. Yalnız Qarabağın işğalının qaçılmaz sonunu gecikdirir və Azərbaycan Ordusunu əlavə sursat xərcləməyə məcbur edirlər. Xoşbəxtlikdən, bu barədə çatışmazlığımız yoxdur.
Digər xəbərlər