Tarix: 24-01-2022 | Saat: 15:58
Bölmə:Karusel / Sosial | çapa göndər
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Gəncə” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının sakinlərinin iştirakı ilə yanğına qarşı maarifləndirmə tədbiri keçirib.
Qarabaginfo.az-ın FHN-in saytına istinadən məlumatına görə, tədbirdə yaşayış binalarında yanğın təhlükəsizliynə dair tələblərdən danışılıb, yanğın zamanı zəruri hərəkətlər barədə məlumat verilib. Həmçinin, ərazinin daim təmiz vəziyyətdə saxlanılmasının, binanın normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, daxili yanğın su kranlarının daim işlək vəziyyətdə olmasının vacibliyi diqqətə çatdırılıb, təxliyə planı barədə izahedici söhbətlər aparılıb.
Eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları bina sakinlərinə əyani şəkildə izah edilib və suallar cavablandırılıb.
Digər xəbərlər