Tarix: 22-04-2022 | Saat: 01:51
Bölmə:Karusel / Gündəm | çapa göndər
Avropa Birliyi Rusiyaya qarşı müharibədə dəstək olmaq üçün ağır silahlar alıb Ukraynaya pulsuz təhvil verməyə razılaşıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “
” qəzetinə müsahibəsində bildirib.
“Təhlükəsizlik baxımından bununla bağlı çox xəbər olmayacaq. Amma biz Ukraynanı bu silahlarla təmin etmək öhdəliyimizə sadiqik. Mən çox yaxşı xatırlayıram ki, müharibə başlayandan iki gün sonra prezident Zelenski mənə zəng edərək Ukraynaya silah verilməsini koordinasiya etməyi xahiş etdi. Aİ üçün çox çətin qərar idi, biz bunu əvvəllər etməmişdik. Ancaq biz bunu bir neçə saat ərzində etdik!”, - Mişel bildirib.
Onun sözlərinə görə, o vaxtdan keçən iki ay ərzində Aİ “European Peace facility” (Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını ödəmək üçün satınalmalarda istifadə olunur - Red) vasitəsilə artıq 1,5 milyard avro ayırıb.
“Bu, bir çox Aİ-yə üzv dövlətlərin ikitərəfli səviyyədə gələn dəstəyinə əlavədir. Lakin bu yardım kifayət deyil, biz daha çox etməliyik və edəcəyik”.
Digər xəbərlər