Saytımızı qiymətləndirin


 
 

Qərbi Azərbaycan İcmasından Ermənistana ETİRAZ
Tarix: 14-07-2023 | Saat: 21:09
Bölmə:Karusel / Siyasət | çapa göndər

Qərbi Azərbaycan İcmasından Ermənistana ETİRAZ

 

Ermənistan hökuməti bu ölkənin Baş nazirinin mətbuat katibi vasitəsi ilə bir daha insan hüquqları məsələsində ikiüzlülük nümayiş etdirən və Azərbaycanın daxili işlərinə qarışan bəyanat verib.

Qarabaginfo.az xəbər verir ki, bu, Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

 

"İlk öncə xatırlatmaq istərdik ki, Ermənistan hökuməti bu ölkədən azərbaycanlıları etnik nifrət əsasında zorakılıqla qovmuş, onların mədəni irsini dağıtmış və yer adlarını dəyişdirmişdir. Ermənistan hökuməti bu insanların öz evlərinə qayıtmaq hüququnun reallaşmasına hər vəchlə qarşı çıxır və Qərbi Azərbaycan İcmasının bu mövzuda dialoqa başlamaq çağırışları qulaqardına vurur.

 

Bütün bunlar fonunda, Ermənistan hökumətinin Azərbaycanın Qarabağ bölgəsində hansısa humanitar problemin olduğunu iddia edərək orada yaşamaqda olan erməniləri hüquqları məsələsi ilə spekulyasiya etməsi və Azərbaycan Respublikasının daxili işlərinə qarışması ikiüzlülük və ərazi iddiasından başqa bir şey deyil.

 

Ermənistan hökumətinin insan hüquqları məsələsində atmalı olduğu addım öz ərazisindən qovduğu insanların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına qeyd-şərtsiz imkan yaratmaqdır.

 

Biz Ermənistan hökumətindən destruktiv addımlarına son qoymağı tələb edir və qayıdış hüququnun reallaşması mövzusunda Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağa çağırırıq", - açıqlamada qeyd olunur.



Xəbəri paylaş

1136 dəfə oxunub.

Digər xəbərlər