Saytımızı qiymətləndirin


 
 

FHN Akademiyasında təltifetmə mərasimi keçirilib - FOTO
Tarix: 17-12-2021 | Saat: 16:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

FHN-in Akademiyasında Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təltifetmə mərasimi

 

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 16 dekabr – Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təltifetmə mərasimi keçirilib.

FHN-dən Qarabaginfo.az-a verilən məlumata görə, mərasimdə Akademiyanın rəisi, general-mayor Baba Salayev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri iştirak ediblər.

Tədbirdə çıxış edən Əziz Əzizov FHN-in, o cümlədən Akademiyanın əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ə.Əzizov FHN əməkdaşlarının ölkədə təbii və texnogen mənşəli fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında göstərdikləri fədakarlıqlardan bəhs edib, bununla bağlı Nazirlik əməkdaşlarına minnətdarlığını bildirib.

Mərasimdə Akademiyanın rəisi general-mayor Baba Salayev və FHN-nin Suraxanı rayonunda fəaliyyət göstərən qurumlarının bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.

 



Xəbəri paylaş

1322 dəfə oxunub.

Digər xəbərlər