Bu gün İrəvanda Muradovdan Kəlbəcərdə yaxalanmış 6 diversant haqda "müsbət xəbər" gözləyirlər...
Tarix: 03-06-2021 | Saat: 10:03
Bölmə:Karusel / Region | çapa göndər
1402 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-06-2021 | Saat: 10:03
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri dünən - çərşənbə günü Moskvada Ermənistan-Azərbaycan sərhədinin müəyyən ərazilərindəki gərginliyi azaltmaq yollarını müzakirə ediblər”.
Qarabaginfo.az xəbər verir ki, bu haqda məlumatlı mənbələr Rusiyanın “İnterfaks” agentliyinə bildirib.
“Dünən Moskvada Ermənistan, Rusiya və Azərbaycan nümayəndələri arasında əsir götürülmüş hərbçilər məsələsi ilə bağlı üçtərəfli danışıqlar aparılıb. Ancaq dünən gecədən etibarən hadisələrin müsbət inkişafı barədə heç bir xəbər məlum deyil”.
Bunu isə işğalçı ölkənin “Johovurd” qəzeti yazır.
Nəşrin verdiyi məlumata görə, Rusiyanın Azərbaycandakı sülhməramlı kontingentinin rəhbəri olmaqla yanaşı, RF Silahlı Qüvvələrinin Cənubi Hərbi Dairəsi Komandirinin müavini də olan Rüstəm Muradov vəziyyəti ətraflı izah etmək üçün bu gün İrəvana gələcək. O, görüşü təşkil etmək və danışıqlara rəhbərlik etmək üçün bir neçə gün Moskvada olub. Erməni tərəfdən danışıqlarda Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunları Baş Qərargah rəisi Arman Qasparyan iştirak ediblər.
“Xatırladaq ki, söhbət hərbi əsirlərin geri qaytarılması ilə bağlı olub. Lakin Ermənistan Müdafiə Nazirliyi əsir götürülmüş 6 erməni hərbçinin dərhal geri qaytarılmasını tələb edib. Danışıqların ardından nəyə qərar verildiyi aydın deyil. Və dünəndən etibarən müsbət xəbərlər haqqında məlumat yoxdur ” – erməni qəzeti belə yazır. (moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
3-08-2022, 13:44
Biləsuvarda yol tikintisinə 5,2 milyon manat ayrılıb
20-12-2021, 13:01
Diversantları qaytarıb saxta xəritələr alırıq - Ekspertdən XİN-ə ÇAĞIRIŞ
12-02-2025, 12:04
DYP qayda pozuntuları ilə bağlı piyadalara müraciət edib - VİDEO
3-07-2025, 13:04
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub
2-12-2021, 11:41
Laçında 2 500 ağac əkildi - Fotolar
10-10-2024, 18:00
Oktyabrın 13-dən Bakıdan Laçına müntəzəm avtobus reysi açılır
7-12-2020, 12:36
Azərbaycan polisi Ağdamda fəaliyyətini bərpa etdi
13-06-2022, 19:31
DYP şagirdlərin ekskursiyalarının təşkili ilə bağlı müraciət edib

















