Tarix: 20-12-2021 | Saat: 13:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Brüssel görüşlərindən sonra ötən gün humanizm prinsiplərinə sadiqliyin təzahürü kimi Azərbaycan 10 nəfər erməni əsilli hərbi qulluqçunu Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verib. Təhvil verilmiş hərbçilər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışdılar.
Əsirlərin qaytarılması müqabilində Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi isə 20 faizdən azdır. Azərbaycanın humanizmliyindən istifadə edən beynəlxalq aləm niyə ermənilərə doğru xəritəni vermək üçün təzyiq göstərmir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, beynəlxalq təşkilatların Ermənistana təsiri yoxdu və ikili standart hökm sürür.
Onun sözlərinə görə, burada iki səbəb ola bilər:
“Ya qəsdən bizə saxta xəritələr ötürürlər ki, itkilərimiz çox olsun, ya da ola bilsin ki, əllərində düzgün xəritə yoxdur. Çünki müharibə zamanı harada gəldi minalar basdırıblar və ola bilsin qeydiyyat aparılmayıb. Bu olsa belə, gərək bizə deyələr. Deməyib xəritə verirlərsə, deməli bilmədiklər yer haqqında bizə saxta düzəldilmiş xəritələr ötürürlər. Çox təəssüf ki, beynəlxalq aləmin bu məsələ ilə bağlı Ermənistana təsir və təzyiq gücü yoxdur. Biz isə dversantları qaytarırıq”.
E.Şahinoğlu qeyd edib ki, artıq əlimizdəki əsirlərin sayı da azalıb.
“Müdafiə Nazirliyi hələ təsdiqləməyib, amma qeyri-rəsmi məlumata görə, iki hərbçimiz də əsir götürülüb. Bu məsələlər danışıq yolu ilə həll olunmalıdır. Beynəlxalq aləm isə hər zaman olduğu kimi, münaqişənin üzərindən bu məsələyə də ikili standartla yanaşır. Dversantların təhvil verilməsini alqışlayır, amma xəritələrin saxta olması barədə açıqlama vermir. Bu da təkcə Qərbin deyil, eləcə də Rusiyanın ikili standartlarıdır”.
Politoloq bildirib ki, bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər olunmalıdır:
“Vaistəçi kimi qəbul etdiyimiz dövlətlə ciddi işləməliyik. Məsələn, Moskva və Brüsselin vaistəçiliyi ilə dversentlar təhvil verilirsə, həmin bu məsələni də onların qarşısında ciddi şəkildə qaldırmalıyıq. Bu məsələdə Xarici İşlər Nazirliyi də fəallığını artırmalıdır”.
Digər xəbərlər