Tarix: 28-12-2021 | Saat: 18:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq transplantasiya ilə bağlı donor və pasiyentlərin ümumi respublika bazası yaradılacaq”.
Bunu Qarabaginfo.az-a açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib.
T. Musayev deyib ki, bu sahədə Koordinasiya Mərkəzi fəaliyyətə başlayacaq: “Koordinasiya Mərkəzi fəaliyyətə başlayandan sonra bu sahədə hər şey şəffaf şəkildə olacaq. Bu, kifayət qədər ciddi qanundur. Bu, kifayət qədər problemli mövzudur. Ona görə də qanuna ciddi riayət olunmalı, qanunun icrasına ciddi şəkildə nəzarət olunmalıdır”. ”.
Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun gələn il yanvarın 1-dən qüvvəyə minir.
Digər xəbərlər