Saytımızı qiymətləndirin


 
 

Sülhməramlıların yeni komandanı Bakıya GƏLDİ
Tarix: 12-09-2023 | Saat: 17:14
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Sülhməramlıların yeni komandanı Bakıya GƏLDİ

Sentyabrın 12-də Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı Oleq Salyukov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Kirill Kulakovu müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim edib.

 

Bu barədə Qarabaqinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Müdafiə naziri qonaqları salamlayaraq, Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın dostluq münasibətləri və qarşılıqlı etimada əsaslandığını qeyd edib.

 

Qarabağ iqtisadi rayonunda əməliyyat şəraiti barədə danışan general-polkovnik Z.Həsənov son zamanlarda qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların sayının artdığını xüsusi vurğulayıb.

 

Öz növbəsində Rusiya Federasiyası Quru Qoşunlarının komandanı ordu generalı O.Salyukov səmimi qəbula görə təşəkkürünü bildirib, ikitərəfli əlaqələrimizin tarixi köklərə əsaslandığını, ölkələrimizin strateji tərəfdaş olduğunu qeyd edib.



Xəbəri paylaş

1102 dəfə oxunub.

Digər xəbərlər
10-02-2022, 10:37 Prezident qəbul keçirdi