Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın Ermənistana qaytardığı 10 erməni hərbçidən 5-i tutulub
Tarix: 09-12-2021 | Saat: 23:30
Bölmə:Karusel / Region | çapa göndər

Azərbaycanın Ermənistana qaytardığı 10 erməni hərbçidən 5-i tutulub

Ermənistanın hüquq-mühafizə orqanları Azərbaycanın qaytardığı 10 hərbçidən beşini saxlayıb.

Qarabaginfo.az xəbər verir ki, “Sputnik Armenia” Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyana istinadla məlumat yayıb.

“Hazırda 5 hərbçi hərbi xidmətkeçmə və döyüş növbətçiliyi qaydalarının ağır nəticələrə səbəb olan pozulması ittihamı ilə saxlanılıb. Onların həbs edilməsi üçün məhkəməyə təqdimat verilib”, deyə Tadevosyan əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verib. Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar.(Apa)



Xəbəri paylaş

1316 dəfə oxunub.

Digər xəbərlər