Saytımızı qiymətləndirin


 
 

AĞ EV: "AĞ EV: “Ukrayna ilə toqquşma olarsa, Rusiyaya qarşı bütün vasitələrdən istifadə edəcəyik”ilə toqquşma olarsa, Rusiyaya qarşı bütün vasitələrdən istifadə edəcəyik"
Tarix: 03-12-2021 | Saat: 08:01
Bölmə:Karusel / Siyasət | çapa göndər

AĞ EV: “Ukrayna ilə toqquşma olarsa, Rusiyaya qarşı bütün vasitələrdən istifadə edəcəyik”

“Ukrayna ilə toqquşma olarsa, Rusiyaya qarşı bütün vasitələrdən istifadə etməkdən çəkinməyəcəyik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki gündəlik brifinqdə deyib. O, Rusiyanın döyüşkən ritorikası ilə bağlı ABŞ-ın narahatlığını çatdırıb.

Dövlət katibi Entoni Blinkenin “Rusiya Ukrayna ilə toqquşmaya girərsə, çox ağır cavab alacaq” bəyanatını şərh edən Psaki ABŞ-ın bu məsələdə Rusiyaya qarşı mövcud olan bütün vasitələrdən istifadə etməyə hazır olduğunu bəyan edib.

“Biz administrasiya ilə işimizin əvvəlindən Rusiyanın düşmən addımlarına cavab olaraq bir sıra iqtisadi və digər vasitələrdən istifadə etməyə hazır olduğumuzu nümayiş etdirdik. Dövlət katibi bu gün açıq şəkildə bildirdi ki, biz bu alətlərdən istifadə etməkdən çəkinməyəcəyik. Biz bunu tərəfdaşlarımız və müttəfiqlərimizlə sıx əməkdaşlıqda edəcəyik”, – deyə Psaki izah edib.

O, həmçinin qeyd edib ki, regiondakı vəziyyətlə bağlı iki dövlətin prezidentləri arasında danışıqların aparılması planlaşdırılmır.



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər