Saytımızı qiymətləndirin


 
 

Şuşaya nə zaman qaz çəkiləcək? - RƏSMİ AÇIQLAMA
Tarix: 05-11-2021 | Saat: 12:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Şuşanın bu cür sürətlə dirçəlməsi Azərbaycan xalqına böyük sevinc bəxş edir - Deputat

Şuşa şəhərinin işğaldan azad edilməsindən az qala bir il ötür. Qarabağın incisi olan Şuşa şəhərinə artıq yenidən həyat qayıdır. Dövlət başçımızın da dediyi kimi biz o əraziləri yenidən dirçəldib, orada yeni həyat quracağıq. Şuşa əhalisinin oraya qayıtması üçün ən vacib məqamlardan biri kommunal xidmətlərin bərpasıdır.

Bəs görəsən, Şuşa şəhərinin qazlaşma prosesinə nə vaxt start veriləcək?

Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın sualını “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev cavablandırıb. O bildirib ki, Şuşa şəhərinin qazlaşma layihəsi “Azəriqaz”ın birinci mərhələsində nəzərdə tutulub:

“Nümayəndələrimiz Şuşa şəhərindədir və layihələndirilmə işi ilə məşğul olurlar. Lakin qazlaşma prosesinin gələn il, yaxud növbəti il başlayacağı dəqiq deyil. Şuşa şəhəri ən birinci mərhələdə nəzərdə tutulub”.



Xəbəri paylaş

1269 dəfə oxunub.

Digər xəbərlər