Bəs görəsən, Şuşa şəhərinin qazlaşma prosesinə nə vaxt start veriləcək?
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-ın sualını “Azəriqaz”ın Baş direktoru Ruslan Əliyev cavablandırıb. O bildirib ki, Şuşa şəhərinin qazlaşma layihəsi “Azəriqaz”ın birinci mərhələsində nəzərdə tutulub:
“Nümayəndələrimiz Şuşa şəhərindədir və layihələndirilmə işi ilə məşğul olurlar. Lakin qazlaşma prosesinin gələn il, yaxud növbəti il başlayacağı dəqiq deyil. Şuşa şəhəri ən birinci mərhələdə nəzərdə tutulub”.