Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “Məqsəd Cənubi Qafqazda daimi sülhü bərpa etməkdir”
Tarix: 31-10-2021 | Saat: 22:39
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

 

“Xüsusilə üzərində durduğumuz məsələ Cənubi Qafqazda daimi sülhü bərpa etməkdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan deyib ki, Cənubi Qafqazda 6-cı platformanın qurulması ilə bağlı danışıqlar davam edir: “Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Ermənistan olaraq birgə addımı ataq, bölgədə sülh yaradaq. Bu mövzuda cənab İlham Əliyev zatən Ermənistana sülh təklifi edib. Əgər bu ölkələr hamısı müsbət yanaşarsa, bu platforma yaradılacaq və bölgə barış hövzəsinə çevriləcək”.

Türkiyə Prezidenti yalnız bu halda Ermənistanla əlaqələrin müsbət istiqamətdə inkişaf edəcəyini deyib.



Xəbəri paylaş

1244 dəfə oxunub.

Digər xəbərlər