Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın Britaniya ilə ticarət dövriyyəsi iki dəfəyədək artıb
Tarix: 20-10-2021 | Saat: 11:46
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Azərbaycanın Britaniya ilə ticarət dövriyyəsi iki dəfəyədək artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Böyük Britaniyanın arasında ticarət dövriyyəsinin həcmi 550,655 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 90,5% çoxdur.

Qarabaginfo.az Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 336,737 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 4,6 dəfə çoxdur. İdxal isə 213,919 mln. dollara bərabər olub ki, bu da illik ifadədə 0,9% azdır.

Nəticədə, 2021-ci ilin ilk doqquz ayında 122,818 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə ticarət saldosu mənfi idi və 142,457 mln. dollara bərabər olub.



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər
2-05-2023, 11:05 Masazırda restoran YANDI