Saytımızı qiymətləndirin


 
 

Tatoyandan Azərbaycana qarşı növbəti ŞƏR-BÖHTAN
Tarix: 18-10-2021 | Saat: 17:19
Bölmə:Karusel / Region | çapa göndər

Tatoyandan Azərbaycana qarşı növbəti ŞƏR-BÖHTANemail sharing button

Azərbaycan Ordusu son zamanlar daha da aktivləşib”.

Qarabaginfo.az erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın ombudsmanı Arman Tatoyan deyib. O, həmişəki kimi Azərbaycan hərbçilərinə şər və böhtan atmaqla məşğuldur, yalan məlumatlarla çıxış edərək erməni xalqını aldatmağa çalışır.

“Son zamanlar Azərbaycan ordusu Yuxarı Şorca, Zərkənd, Zod və s. istiqamətlərində daha da aktivləşib. Əsgər və silah sayı artmaqda davam edir. Əsgərlər mühəndis-istehkam qurğuları və sığınacaqlar tikir, mövqelərə aparan yolları beton səddlə çevrələyirlər. Bu, Ermənistanın suveren ərazilərinə təcavüz etmək deməkdir”, -deyə o bildirib.

Daha sonra o, daha iyrənc qarayaxmalarını davam etdirərək deyib: “Onlar (Azərbaycan hərbçiləri)  Ermənistan vətəndaşlarına məxsus torpaqları işğal ediblər. Bu mövqelərdən Azərbaycan Silahlı Qüvvələri vaxtaşırı olaraq Verin Şorja, Sotk, Kut və digər kəndlərdəki evləri atəşə tutur, kənd otlaqlarını və çəmənliklərini yandırır, yerli sakinlərdən mal -qara oğurlayırlar”.

Bundan qabaq da Arman Tatoyan Ermənistan – Azərbaycan sərhədi boyunca bufer zonanın yaradılmasını tələb etmişdi.

P.S. Arman Tatoyanın nəzərinə çatdırmaq istərdik ki, Azərbaycan və Ordusu ancaq öz torpaqlarında, öz ərazisində hərəkət edir, iş görür, heç bir qanun pozuntusuna yol vermir. 30 il qanunları pozan, saymayan Ermənistan rəhbərliyi olub və bunu hələ də davam etdirir. Azərbaycan haqq yolundadır, beynəlxalq qanunlar çərçivəsində addım atır.(konkret.az)



Xəbəri paylaş

1304 dəfə oxunub.

Digər xəbərlər